Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

2026/04/1775501736.jpg
Oxunub: 324     13:17     08 Aprel 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrini qeyd edib.

Ordu.az xəbər verir ki, Zelenski "X" hesabında müvafiq paylaşımında ABŞ ilə İran arasında atəşkəs razılaşmasını alqışlayıb.

"Bu regiondakı vəziyyət qlobal nəticələrə malikdir - Yaxın Şərqdə və Fars körfəzində təhlükəsizlik və sabitliyə yönəlmiş istənilən təhdidlər iqtisadi problemləri dərinləşdirir və hər bir ölkədə yaşayış xərclərini artırır", - o yazıb.

Bundan başqa, Ukrayna lideri tərəflər arasında atəşkəsi düzgün qərar adlandıraraq bunun müharibənin tam başa çatmasına gətirib çıxaracağını bildirib.

"Biz Yaxın Şərqdə və Fars körfəzi regionunda atəşkəsi dəstəkləyirik. Bu, diplomatik səylərə yol açır", - prezident qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin