Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Ucuzlaşma ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs barədə bəyanatı ilə bağlı olub.
İrəvan vaxtı ilə 09:54-ə olan məlumata görə, Moskva birjasında “Rosneft”in səhmləri 5 faizdən çox ucuzlaşaraq 453 rubla düşüb.
“Tatneft”in kotirovkaları 627 rubla enib (-4,5 faiz), “Başneft”inki isə 996 rubla (-3,96 faiz) düşüb.
“Surgutnefteqaz”ın imtiyazlı səhmlərinin qiyməti 41,43 rubl (-2,09 faiz), NOVATEK-in 1,25 min rubl (-2,9 faiz), “Qazprom”un isə 131,4 rubl (-1,36 faiz) təşkil edib.
“Brent” markalı neft atəşkəs açıqlamasına ilk reaksiya verən olub.
ICE birjasında may fyuçersləri 16 faiz azalaraq bir barel üçün 91,70 dollara düşüb.
Sevinc Əliyeva
Ordu.az