AFP: Tramp İranla razılaşmanın 15 bənddən ibarət olduğunu bildirib

2026/04/1775630114.jpg
Oxunub: 476     10:28     08 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla uzunmüddətli 15 bəndlik razılaşma mövcuddur və onun böyük hissəsi artıq razılaşdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentliyin məlumatına görə, Tramp Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı qeyri-müəyyənlik fonunda “uzunmüddətli saziş” üçün möhkəm əsasın mövcudluğunu vurğulayıb.

“Bizim 15 bəndlik razılaşmamız var və onun böyük hissəsi artıq razılaşdırılıb. Sonra nə olacağını görəcəyik. Baxacağıq ki, bunu həyata keçirə biləcəyikmi”, - deyə Amerika lideri agentliyə bildirib.

AFP əlavə edir ki, Tramp saziş ləğv edilərsə, İranın mülki elektrik stansiyalarını və körpülərini məhv etməklə bağlı “ilk təhdidlərinə” qayıdıb-qayıtmayacağını deməkdən imtina edib.

Tramp həmçinin vurğulayıb ki, İranın uranı zənginləşdirmə proqramı istənilən sülh sazişində müzakirə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin