Tramp iki həftəlik atəşkəsdən əvvəl İranın 10 tələbini qəbul edib

2026/04/1775591498.jpg
Oxunub: 451     10:12     08 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində bildirib ki, iki həftəlik atəşkəsdən əvvəl İranın 10 tələbini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” hesabında yazıb.

O iddia edib ki, Tehran ona “danışıqlar üçün məqbul əsas” olan 10 bənd təqdim edib.

Lakin Yaxın Şərqdə sülh sazişinin yekun şəkildə bağlanması üçün iki həftə lazımdır.

İranın xarici işlər naziri Abbas Əraqçi isə öz “Facebook” səhifəsində ABŞ-nin razılaşdığını iddia etdiyi 10 bəndlik siyahını dərc edib.

Siyahıya bunlar daxildir:

Hücum etməmək öhdəliyi

İranın Hörmüz boğazı üzərində nəzarətinin saxlanılması

Uranın zənginləşdirilməsinin qəbul olunması

Bütün ilkin sanksiyaların ləğvi

Bütün ikinci dərəcəli sanksiyaların ləğvi

BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğvi

MAQATE İdarə Heyətinin bütün qətnamələrinin ləğvi

İrana kompensasiyaların ödənilməsi

Amerika döyüş qüvvələrinin regiondan çıxarılması

Bütün cəbhələrdə, o cümlədən Livanda “Hizbullah”a qarşı müharibənin dayandırılması

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin