Tramp ABŞ və Yaxın Şərqdə “qızıl dövr”ün başlaya biləcəyini bildirib

2026/04/1775390624.jpg
Oxunub: 383     10:16     08 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarla İran arasında iki həftəlik atəşkəs elanını bütün dünya üçün əlamətdar adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

O bildirib ki, İran İslam Respublikası yenidənqurma prosesinə başlaya bilər və Yaxın Şərqdə “qızıl dövr” başlaya bilər.

“Dünya üçün əla gündür... İran bunun baş verməsini istəyir, onlar yorulublar... ABŞ kimi, Yaxın Şərq də qızıl dövr yaşaya bilər”, - deyə o yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin