Ordu.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) anonim mənbələrə istinadən məlumat yayıb.
“Nəşrin yazdığına görə, məxfi texnologiya insan ürək döyüntüsünün elektromaqnit izini aşkar etmək üçün uzaqmənzilli kvant maqnitometriyasından istifadə edir, sonra isə bu məlumatları siqnalı fon səs-küyündən ayırmaq üçün süni zəka proqram təminatı ilə birləşdirir”.
Nəşrin məlumatına görə, “Kabusun pıçıltısı” adlı cihaz “Lockheed Martin” aviasiya-kosmik şirkətinin məxfi tədqiqat bürosu tərəfindən hazırlanıb.
Mənbələrdən birinin sözlərinə görə, heyət üzvünün olduğu ərazi sistemin ilk dəfə istifadəsi üçün ideal məkan olub.
“İki günlük çılğın axtarış-xilasetmə əməliyyatının dönüş nöqtəsi “Kabusun pıçıltısı”nın pilotun yerini dəqiq müəyyən etməsi oldu. Birinci mənbə bu iki texnologiyanı əvvəlcə axtarış zonasını qiymətləndirmək, sonra isə dəqiq yeri təsdiqləmək üçün faydalı vasitələr kimi təsvir edib”, - deyə məqalədə bildirilir.
Xatırladaq ki, aprelin 3-də İranda F-15E qırıcısı vurulmuşdu.
Nəticədə ABŞ pilotları xilas etmək üçün ölkəyə xüsusi təyinatlı qüvvələr göndərmişdi.
Onlar aşkar olunaraq İran ərazisindən təxliyə ediliblər.
“New York Times” ikinci pilotun Küveytə aparıldığını bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az