“Bitcoin”in qiyməti Trampın İranla iki həftəlik atəşkəs bəyanatı fonunda yüksəlib

2026/04/a24bf-1775630263.jpg
Oxunub: 382     10:13     08 Aprel 2026    
ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs elan etməsi fonunda “Bitcoin” 6 faizdən çox bahalaşıb.

Ordu.az xəbər verir ki, bu barədə “Binance” məlumat yayıb.

“Binance”in məlumatına görə, “Bitcoin” 6,18 faiz artaraq 72 753 dollara çatıb.

Martın 23-də “Bitcoin”in qiyməti 2026-cı il fevralın 16-dan bəri ilk dəfə 70 min dolları ötüb.

Bu, Trampın İranla yaxşı və səmərəli danışıqlar apardığını bildirməsindən sonra baş verib.

Daha sonra Tramp İran İslam Respublikasının elektrik stansiyaları və enerji infrastrukturuna hər hansı zərbəni beş gün təxirə salmaq qərarına gəlmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bitcoin   Tramp   İran  


Bizi "telegram"da izləyin