Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının efirində aparıcı Laura İnqrem bildirib.
“O, indicə mənimlə söhbətində son dərəcə ciddi idi, eyni zamanda ehtiyatlı olsa da, ciddi şəkildə nikbin idi”, - deyə aparıcı Amerika administrasiyasının rəhbəri ilə söhbətini çatdırıb.
Aparıcı əlavə edib ki, Ağ Ev rəhbəri danışıqların “inanılmaz mürəkkəbliyini” vurğulayıb və özü də “onların təhlükə altına düşməsini istəmədiyini” qeyd edib.
Bundan əvvəl, çərşənbə axşamı Amerika lideri İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etmişdi.
Öz növbəsində “Tasnim” agentliyi İran, ABŞ və İsrail arasında müəyyən şərtlərlə iki həftəlik atəşkəsin bərqərar olduğunu bildirmişdi.
Sülh nizamlanması üzrə danışıqların isə İslamabadda keçirilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az