Roma Papası: Trampın İran sivilizasiyasını məhv etməklə bağlı təhdidi haqlı olaraq qəbuledilməzdir

2025/08/1754823269.jpg
Oxunub: 298     02:20     08 Aprel 2026    
Roma Papası XIV Leo çərşənbə axşamı bildirib ki, ABŞ Prezidenti Donald Trampın İran sivilizasiyasını məhv etməklə bağlı təhdidi “haqlı olaraq qəbuledilməzdir”.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Roma Papası qeyd edib ki, mülki infrastruktur obyektlərinə istənilən hücum beynəlxalq hüququ pozur.

Müharibəyə qarşı ən sərt bəyanatlarından birində Roma Papası amerikalıları və digər xoşniyyətli insanları siyasi liderlər və Konqres nümayəndələri ilə əlaqə saxlamağa, onlardan müharibəni rədd etməyi və sülh naminə çalışmağı tələb etməyə çağırıb.

“Bu gün, hamımızın bildiyi kimi, bütün İran xalqı təhlükə altındadır. Bu, həqiqətən də qəbuledilməzdir”, - deyə Roma Papası Romanın cənubundakı Kastel Qandolfodakı yay iqamətgahını tərk edərkən bildirib.

XIV Leo xatırladıb ki, o, Pasxa müraciətində də sülhə və müharibənin rəddinə çağırmışdı, “xüsusilə də çoxlarının ədalətsiz adlandırdığı, getdikcə daha da şiddətlənən və heç bir problemi həll etməyən müharibəyə”.

O, bütün xoşniyyətli insanları siyasi liderləri və Konqres nümayəndələri ilə əlaqə saxlamağa çağırıb ki, onlara xatırlatsınlar: mülki infrastruktur obyektlərinə hücumlar “beynəlxalq hüquqa ziddir” və “insanların nifrət, parçalanma və dağıntı yaratmaq qabiliyyətinin göstəricisidir, halbuki biz hamımız sülh naminə çalışmaq istəyirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Tramp  


Bizi "telegram"da izləyin