“Yonhap”: Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb

2024/05/2024--1716189205.jpg
Oxunub: 516     06:46     08 Aprel 2026    
Şimali Koreya, ehtimal ki, naməlum mərmini Yapon dənizi istiqamətində buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi Baş Qərargah Rəisləri Birgə Komitəsinə istinadən məlumat yayıb.

“Şimali Koreya çərşənbə günü Şərq dənizi istiqamətində azı bir naməlum mərmi buraxıb”, - deyə məlumatda bildirilir.

Baş Qərargah Rəisləri Birgə Komitəsi əlavə təfərrüat verməyib.

Agentliyin məlumatına görə, bu, Şimali Koreyanın Pxenyan ərazisindən daha bir naməlum mərmi buraxmasından cəmi bir gün sonra baş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Raket  


Bizi "telegram"da izləyin