Tramp İranın ABŞ üzərində qələbə bəyanatına görə qəzəblənib

2026/04/1775390624.jpg
Oxunub: 590     06:21     08 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp İranın Ali Milli Təhlükəsizlik Şurasının ABŞ üzərində qələbə ilə bağlı bəyanatını yaydığına görə CNN telekanalını tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“‘CNN World News”da yayımlanan guya bəyanat saxtakarlıqdır və bunu CNN çox yaxşı bilir”, - deyə Tramp yazıb.

Onun sözlərinə görə, bəyanat “Nigeriyadan olan saxta xəbər saytı” ilə əlaqəlidir.

Eyni zamanda, Tramp telekanaldan bu materialı silməyi tələb edib və yaxın vaxtlarda araşdırma aparılacağını vəd edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin