İshaq Dar ilə Bədr Abdel Ati Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə ediblər

2026/04/1775618010.jpg
Oxunub: 449     01:56     08 Aprel 2026    
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar misirli həmkarı Bədr Abdel Ati ilə telefon danışığı aparıb və Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Məhəmməd İshaq Dar sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş dialoq və diplomatik əlaqələri təşviq etmək məqsədilə Pakistanın göstərdiyi davamlı səylərin hazırkı vəziyyəti barədə məlumat verib". – Pakistan XİN açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Misir  


Bizi "telegram"da izləyin