Ordu.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Məlumata görə, tərəflər KTMT-nin məsuliyyət zonasında təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı məsələlər kontekstində beynəlxalq gündəmin geniş spektrini ətraflı müzakirə ediblər.
Taalatbek Masadikov KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasının qərarlarının icrası və Rusiyanın sədrliyi dövründə təşkilatın fəaliyyətinin prioritet istiqamətləri üzrə tədbirlər planının yerinə yetirilməsinin gedişi, o cümlədən nizamnamə orqanlarının qarşıdan gələn iclaslarına hazırlıq barədə məlumat verib. Baş katib həmçinin ilin ikinci yarısında planlaşdırılan “Sarsılmaz qardaşlıq”, “Qarşılıqlı fəaliyyət” adlı genişmiqyaslı birgə təlimlər seriyası, eləcə də keçirilən hazırlıq qərargah tədbirləri barədə danışıb.
Sevinc Əliyeva
Ordu.az