Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Amerikalıların Sirik istiqamətində kor-koranə atəşi Hörmüz boğazında üstünlüyümüzün sirrini açmır. Lakin qaydaları pozanlara qarşı açdığımız atəş digər gəmilərə təhlükəsiz keçid yolunu xatırladır”, - deyə bəyanatda bildirilib.
Bundan əvvəl ABŞ və İran qarşılıqlı olaraq yeni zərbələr endirdiklərini açıqlayıblar.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, Amerika aviasiyası atəşkəs razılaşmasının növbəti dəfə pozulmasına cavab olaraq İranın raket və pilotsuz uçuş aparatları anbarlarına, həmçinin sahil radiolokasiya obyektlərinə zərbələr endirib.
SEPAH isə gecə saatlarında ballistik raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ ordusunun səkkiz obyektinə, o cümlədən Küveytdəki “Əli əl-Salem” aviabazasına və Bəhreyndəki Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının obyektlərinə Sirik adasına endirilən Amerika zərbələrinə cavab olaraq hücum etdiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az