Pakistan və Kanadanın XİN rəhbərləri regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

2026/04/1775498594.jpg
Oxunub: 433     22:00     06 Aprel 2026    
Pakistanın Baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar Kanadanın xarici işlər naziri Anita Anandla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Məhəmməd İshaq Dar bu gün axşam saatlarında Anita Anandla telefon danışığı aparıb. Onlar regiondakı cari hadisələr ətrafında fikir mübadiləsi aparıb və gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu vurğulayıblar", - paylaşımda qeyd olunub.

Nazirliyin məlumatına görə, İshaq Dar Yaxın Şərqdə sülh və sabitliyin təşviqi üçün dialoq və diplomatiyanın vacibliyini qeyd edib.

"Nazirlər Pakistan-Kanada münasibətlərinin inkişafına sadiq olduqlarını təsdiqləyib, yüksək səviyyədə mübadilələrin vacibliyini vurğulayıb və sıx əlaqə saxlamaq barədə razılığa gəliblər", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Kanada  


Bizi "telegram"da izləyin