Ordu.az xəbər verir ki, bu nəticələr “El Pais”/“Cadena SER” tərəfindən apreldə keçirilən sorğuda əldə olunub.
Sorğuda iştirakçılardan qlobal sabitlik üçün ən böyük təhlükə yaradan liderləri qeyd etmələri xahiş olunub.
Üçüncü yeri İsrailin baş naziri Benyamin Netanyahu 71,2% ilə tutub. Onu İranın ali lideri Müctəba Xameneyi (62,9%), Kim Çen In (62,25%) və Si Cinpin (49,3%) izləyir.
Sorğunun nəticələri İspaniya cəmiyyətinin ümumi mövqeyini əks etdirir. İran əleyhinə ABŞ-İsrail əməliyyatlarının başlanmasından etibarən Madrid açıq şəkildə tənqidi mövqe sərgiləyib və ABŞ-nin İrana zərbə endirməsi üçün birgə hərbi bazalardan istifadə edilməsini rədd edib. Buna cavab olaraq Tramp İspaniya ilə ticarəti tam dayandırmaqla hədələyib. Baş nazir Pedro Sançes isə öz növbəsində ABŞ-nin hərəkətlərini beynəlxalq hüquqa zidd adlandıraraq qınayıb.
Sevinc Əliyeva
Ordu.az