“Politico”: Tramp administrasiyada yeni kadr dəyişiklikləri ehtimalını nəzərdən keçirir

2026/04/1775041181.jpg
Oxunub: 407     14:16     03 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp Vaşinqton administrasiyasında mühüm vəzifələrdə çalışan şəxslərlə bağlı mümkün dəyişiklikləri müzakirə edir. O, ticarət naziri Hovard Lutnik və əmək naziri Lori Çavez- Derimerin fəaliyyətindən narazılığını ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ lideri “Lutnik və Çaves-Derimerin fəaliyyətindən narazılıq və məyusluq ifadə edib və kabinetdə mümkün dəyişiklikləri müzakirə edir”. Administrasiya nümayəndələrindən biri qeyd edib: “O, çox qəzəblidir və kadr dəyişiklikləri etməyi planlaşdırır”.

Məlumatda qeyd olunur ki, ABŞ prezidenti hələlik nə Lutnikin, nə də Çaves-Derimerin vəzifədən azad edilməsi ilə bağlı qərar qəbul etməyib. Mənbələrdən birinin sözlərinə görə, dəyişikliklər prezidentin fikrincə “gözləntiləri doğrultmayan və ya özlərinə qarşı həddindən artıq mənfi diqqət cəlb edən” nazirlərə də təsir edə bilər.

Ağ Ev nümayəndəsi isə xəbəri şərh edərkən bildirib ki, ABŞ prezidenti “Lutnik və Çaves-Derimeri tam şəkildə dəstəkləyir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin