Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq, Ali İqtisadiyyat Məktəbinin Avropa və beynəlxalq tədqiqatlar mərkəzinin elmi-tədqiqat universitetinin direktor müavini Dmitri Suslov İrəvanda keçirilən dəyirmi masa zamanı deyib.
Politoloqun sözlərinə görə, bu siyasət Vaşinqtonda Trampın iştirakı ilə “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) adlandırılan sülh sazişi layihəsinin paraflanması ilə özünü göstərib. Onun fikrincə, bu layihə əslində logistika axınlarına ABŞ nəzarətinin qurulmasına və İran üzərində dolayı nəzarət mexanizminin yaradılmasına yönəlib.
O qeyd edib ki, Rusiya bunu qeyri-dost siyasət kimi qiymətləndirir. Politoloq ictimai kəskin reaksiyanın olmamasını Moskvanın qarşıdurmanı daha da gərginləşdirmək istəməməsi ilə izah edib. Onun sözlərinə görə, Rusiya ABŞ siyasətinin Ukrayna istiqamətində daha da sərtləşməsini istəmir və bütün məsələlərə “xüsusi hərbi əməliyyat” prizmasından baxır.
Suslov bildirib ki, Trampın mövqelərinin zəifləməsi səbəbindən hər hansı razılaşmanın əldə olunması ehtimalı aşağıdır. “Eyni zamanda, az ehtimal olunur ki, Tramp belə razılaşmaya getsin. Əgər Rusiya İran üzrə əsas vasitəçi rolunu alsa, ABŞ-dən Cənubi Qafqaz siyasətini dəyişməyi tələb edə bilər. Tramp buna razı olacaqmı? Bu, aydın deyil. Son 30 ilin Rusiya-Ermənistan münasibətlərinin təcrübəsi göstərir ki, əslində razılaşmaq mümkün deyil, yalnız qarşı tərəfi çəkindirmək olar”, - deyə politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az