Gümrünün meri barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub

2025/11/1764405427.jpg
Oxunub: 505     23:47     02 Aprel 2026    
Gümrünün meri Vardan Qukasyanın oğlu Spartak Qukasyanın barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, Spartak Qukasyan bir neçə cinayət işi üzrə təqsirləndirilir. O, 2025-ci il noyabrın 21-də Ermənistan Antikorrupsiya Məhkəməsində keçirilən məhkəmə iclasından sonra kommunikasiya və ya informasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq etmək ittihamı ilə həbs edilmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gümrü   Ermənistan  


Bizi "telegram"da izləyin