Ermənistanda kənd sakini mina partlayışı nəticəsində yaralanıb

2026/04/1775159236.jpg
Oxunub: 541     23:44     02 Aprel 2026    
Ermənistanın Tavus vilayətinin Kotgah (Koti) kəndinin 45 yaşlı sakini mina partlayışı nəticəsində yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

Kotgah kəndinin inzibati rəhbəri Andranik Hakverdyan nəşrə bildirib ki, zərərçəkən Noyemberyan tibb mərkəzinə çatdırılıb.

“Onun ayaq pəncəsi amputasiya edilib”, - deyə o qeyd edib.

Hadisənin başvermə şəraiti hələlik məlum deyil.

Qeyd edək ki, bu gün Bağramyan “poliqonlarında” da partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mina-partlayışı  


Bizi "telegram"da izləyin