Mirzoyanın müavini qazaxıstanlı nümayəndə heyətinə sülh prosesini təqdim edib

2026/04/1775144629.jpg
Oxunub: 407     19:42     02 Aprel 2026    
Aprelin 2-də Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoğomonyan siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Ermənistanda səfərdə olan Qazaxıstan Xarici İşlər Nazirliyinin çoxtərəfli əməkdaşlıq idarəsinin direktoru Didar Temenov rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, erməni nazir müavini qeyd edib ki, keçirilən məsləhətləşmələr iki ölkə arasında beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı hazır olunduğunu göstərir.

“Robert Abisoğomonyan həmsöhbətinə beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın prioritetlərini təqdim edib, həmçinin Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhə toxunaraq qarşılıqlı bağlılıq gündəliyinin irəli aparılmasının vacibliyini vurğulayıb.

Görüşdən əvvəl keçirilmiş siyasi məsləhətləşmələr zamanı hər iki ölkənin XİN-lərinin çoxtərəfli əməkdaşlıq idarələrinin rəhbərləri beynəlxalq təşkilatlar, o cümlədən BMT və ATƏT çərçivəsində əməkdaşlığın geniş gündəliyinə dair məsələləri müzakirə ediblər.

Tərəflər dayanıqlı inkişaf və ətraf mühit məsələlərində prioritetlər üzrə fikir mübadiləsi aparıblar. Həmçinin Ermənistanda və Qazaxıstanda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlər, o cümlədən bu il İrəvanda baş tutacaq BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci konfransı (COP17) ərəfəsində həyata keçirilən təşəbbüslər və görülən işlər müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaxıstan  


Bizi "telegram"da izləyin