Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bununla yanaşı, Mirzoyan təhqiramiz ifadələr də işlədib.
O yazıb: “Məlum olur ki, biz Ermənistan vətəndaşları ilə görüşüb şəkil çəkdirərkən, güclü-formalı və xarici ölkə vətəndaşı olan (özünün təkzib etmədiyi məlumata görə) Alyoşa gedib evimin divarı ilə şəkil çəkdirib. “Qərəzsiz” media da bunu həvəslə yayıb.
Alyoşa, sən Ermənistanın siyasi meydanına yenicə daxil olmusan, bəlkə bilmirsən, səni məlumatlandırım. Ermənistanda məmurlar bəyannamə doldururlar, gedib detallarla tanış ola bilərsən. Yaxşı, burada da yazım: evi ipoteka krediti ilə almışıq, atamın evinin satışından əldə olunan bütün pulu ilkin ödəniş etmişik. Ev talan edilmiş və ya qanunsuz yolla toplanmış vəsaitlə alınmayıb. Hərbçiləri pulsuz işlədib tikdirilməyib. HEÇ-in, BEÇ-in, TEÇ-in hesabına başa gəlməyib. Yeri gəlmişkən, həyat yoldaşımın avtomobili də kreditlə alınıb.
Məişət texnikasını da, Ermənistan vətəndaşlarının demək olar ki, hamısı kimi, istehlak krediti və ya taksitlə alırıq. Bu, normaldır.
Alyoşa, mənim xarici ölkə vətəndaşı olan qohumum, doğrudan da olub ki, avtomobilimi səhv park etdiyimə görə cəriməni vaxtında ödəməyi unutmuşam və Yol Polisi hesablarıma həbs qoyub. Elə həmin həbsə görə sənin sevdiyin televizoru da taksitlə ala bilmədim. Bu, normal deyil, hətta çox yaxşıdır, belə bir şey yalnız həqiqi demokratik ölkədə baş nazirin birinci müavininin başına gələ bilər. Ümumiyyətlə, inqilabdan əvvəlki dövrdə mənimlə həyat yoldaşım kifayət qədər yüksək maaşlı işlərdə çalışmışıq.
Alyoşa, eşitmişəm dostum Rubo ilə evim üstündə mərc də gəlmək istəmisən. Mən bilmirəm sən harada böyümüsən, amma yəqin ki, Ermənistanda yox. Yoxsa həyətdəki böyük qardaşların sənə başa salardılar ki, sənə məxsus olmayan bir şeyin üstündə mərc gəlmək olmaz. Bu, normal deyil, düzgün deyil.
Özünü düz aparsan, Alyoşa, bəlkə gödəkçəmlə də şəkil çəkdirməyə icazə verərəm. Yeri gəlmişkən, guya mənim bahalı gödəkçə geyindiyimlə bağlı “ifşanı” ilk olaraq, deyəsən, rusdilli bir “Telegram” kanalı edib, “qərəzsiz” media da yenə həvəslə yayıb. Üstəlik, “ifşa edən” qız da real deyil, süni zəka ilə yaradılıb. Süni zəkadan sui-istifadə edirsiniz. Deyim ki, gödəkçəni yayılan qiymətdən qat-qat ucuz, brend outletdən almışam. Onu almaq üçün heç bir əmlakı borc əvəzinə verməmişəm.
Və sonda qulağınızda sırğa edin, nə qədər vurnuxsanız da, nə qədər pul xərcləsəniz də, nə qədər çirkli yalan yaysanız da, yenə də buna nail ola bilməyəcəksiniz: Ermənistan suveren, demokratik, dinc və inkişaf edən dövlət olaraq qalacaq.
Yaxşı olacaq, əziz xalq. Hamınızı sevirəm”.
Alpər Mövludoğlu
Ordu.az