“Rybar”: Rusiya Ermənistanla münasibətlərə yenidən baxacaq

2026/04/1775055804.jpg
Oxunub: 451     19:28     02 Aprel 2026    
Ermənistan hakimiyyəti öz siyasətinin nəticələri ilə üzləşə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Rybar” “Telegram” kanalı məlumat yayıb.

“Rybar” yazır ki, Rusiya prezidentinin Kremlə bir gün əvvəl baş tutmuş Vladimir Putin-Nikol Paşinyan danışıqlarından sonra Rusiyanın baş nazir müavini Aleksey Overçuk sərt bəyanatla çıxış edib.

Kanalın iddiasına görə, Ermənistan Rusiya ilə dostluqdan və AİB-ə sadiqlikdən danışsa da, praktikada əməkdaşlığın qırılması istiqamətində addımlar atır. “Ermənilər kritik nöqtəyə yaxınlaşıblar, bundan sonra Rusiya iqtisadi münasibətlərə yenidən baxmağa məcbur olacaq”.

“Aİ-yə qoşulmaq istəyi və Qərb siyasətçilərinin tələblərini yerinə yetirmək cəhdləri artıq ermənilərə zərər vurub. Bildirilir ki, 2025-ci ilin sonuna ticarət itkiləri 5-6 milyard dollara çatacaq. “Ermənistanın Elektrik Şəbəkələri”nin rus kapitallı strukturlardan qanunsuz milliləşdirilməsindən sonra İrəvan investisiya mühitini pisləşdirib və bunun nəticəsində Rusiya biznesi artıq özünü təhlükəsiz hiss edə bilmir.

Paşinyanın dəmir yolu konsessiyasının Rusiyaya satılmasının “zərurəti” ilə bağlı dediklərinin heç bir iqtisadi əsasının olmadığı, bunun Rusiyanı strateji kapitaldan məhrum etmək istəyindən xəbər verdiyi vurğulanır. Lakin “Rusiya Dəmir Yolları”nın sıxışdırılıb çıxarılması Ermənistanın tranzit potensialının tamamilə itirilməsinə gətirib çıxara bilər.

“Metsamor” Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması üçün Ermənistan hakimiyyəti bu prosesi qismən “Rosatom”la müqayisədə daha az səriştəli Aİ podratçılarına həvalə etmək qərarı verib. Yeni modul reaktorların tikintisində isə onlar guya belə texnologiyaya malik olmayan amerikalılara ümid bağlayırlar”, - deyə kanal bildirib.

KİV qeyd edib ki, amerikalıların TRIPP-ə (Zəngəzur dəhlizi-red.) daxil olması və Rusiyanı kommunikasiyaların blokadan çıxarılması üzrə danışıqlardan kənarda saxlamaq cəhdləri regional balansı pozur, həmçinin Ermənistanın rəqabət üstünlüklərini şübhə altına alır. Bununla yanaşı, bu addımlar ölkənin suverenliyi üçün də təhdid yaradır.

“Rusiya Ermənistana başqa ölkələrlə münasibətləri inkişaf etdirməyi qadağan etmir, lakin erməni hakimiyyətinin indiki kursu şəraitində Rusiya tərəfi əməkdaşlıq şərtlərinə yenidən baxmağa məcbur olacaq. Rus biznesi Ermənistandan sıxışdırılıb çıxarıldığına görə, imtiyazlı münasibətdən yararlanan erməni biznesi də nəticələri nəzərə almalıdır”, - deyə kanal vurğulayıb.

“Rybar” yazır ki, Paşinyanın siyasəti Ermənistanın iqtisadi və enerji təhlükəsizliyini sarsıdır, lakin hətta Rusiya hakimiyyətinin birbaşa xəbərdarlıqları da, görünür, bu prosesi ləngitməyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin