Kreml: Avropalılar Ermənistan seçkilərinə Rusiyanın müdaxiləsi barədə köhnə “mahnını” yenə oxuyacaqlar

2026/02/1771236825.jpg
Oxunub: 354     13:05     02 Aprel 2026    
Avropalı siyasətçilər hər şeydə Moskvanın müdaxiləsini görməyə öyrəşiblər və bu “mahnını” Ermənistanda gözlənilən parlament seçkiləri zamanı da oxuyacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Avropalı nümayəndələr hər şeydə Moskvanın müdaxiləsini görürlər. Hər yerdə və hər şeydə”, - deyə Peskov bildirib və Avropalı rəsmilərin Moskvanın seçki prosesinə müdaxilə edəcəyi barədə fikirlərinə Kremldə necə yanaşıldığına dair suala cavab verib.

“Bu, köhnə bir mahnıdır, onlar bu mahnının notlarını mükəmməl bilirlər. Təbii ki, Ermənistan seçkiləri ilə bağlı da bunu oxuyacaqlar”, - deyə Rusiya liderinin mətbuat katibi əminliyini ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan  


Bizi "telegram"da izləyin