Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, məhz bu səbəbdən görüş Paşinyanın xahişi ilə təşkil olunub və o, bunu son brifinqində etiraf edib.
“Rusiya tərəfindən Ermənistan hakimiyyətinin dəmir yolu ilə bağlı planlarına sərt reaksiya verildikdən sonra nəqliyyat naziri Andrey Nikitin bildirib ki, Rusiya Ermənistanın dəmir yollarının idarəetmə konsessiyasını Qazaxıstana vermək məsələsini müzakirə etmir. Bundan sonra xarici güclər Paşinyanı Moskvaya getməyə və problemi həll etməyə sövq ediblər.
Xatırladaq ki, Paşinyan 2026-cı il martın 26-da bəyan etmişdi ki, əgər Rusiya ilə razılıq əldə olunarsa, Ermənistan dəmir yollarının Qazaxıstanın konsessiya idarəçiliyinə verilməsi variantına qarşı deyil. Putinlə Paşinyan arasında hansı danışıqların aparıldığı isə hələlik məlum deyil”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az