Overçuk: “Cənubi Qafqazda nəqliyyat yollarının açılması məsələsində Moskva ilə İrəvanın maraqları üst-üstə düşür”

2021/09/overc-1632121557.jpg
Oxunub: 443     09:36     02 Aprel 2026    
“Cənubi Qafqazda nəqliyyat yollarının açılması məsələsində Moskva ilə İrəvanın maraqları üst-üstə düşür”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Moskva üçün Mehri marşrutu Avrasiya İqtisadi İttifaqının digər üzvü olan Ermənistanla nəqliyyat əlaqələrini yaxşılaşdırmaq, həmçinin İran və Türkiyə bazarlarına çıxışı genişləndirmək imkanı yaradır. Tehran üçün bu, rəqabətli marşrut və ABŞ tərəfindən təhlükə kimi qiymətləndirilir. Ankara üçün isə bu, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ən rahat çıxış yoludur.

İrəvan üçün Mehri hissəsi ölkənin blokadadan çıxarılması, coğrafi mövqeyinin üstünlüklərindən istifadə olunması və iqtisadi inkişafa əlavə təkan verilməsi imkanıdır. Bu məsələdə bizimlə Ermənistanın maraqları üst-üstə düşür”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin