“Ermənistan elə bir həddə yaxındır ki, Rusiya onunla iqtisadi münasibətlərini yenidən qurmağa məcbur qala bilər” - Overçuk

2025/06/1751136534.jpg
Oxunub: 386     09:30     02 Aprel 2026    
“Ermənistan elə bir nöqtəyə çox yaxındır ki, Rusiya onunla iqtisadi münasibətlərini yenidən qurmağa məcbur qala bilər”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O etiraf edib ki, ikitərəfli görüşlər zamanı, eləcə də Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində “erməni rəhbərliyi Rusiya ilə dostluqdan danışır və AİB-ə sadiqliyini təsdiqləyir”.

“Müzakirələr bizim tərəfdən səmimidir və həmişə hörmət çərçivəsində aparılır”, - deyə baş nazir müavini qeyd edib.

O, həmçinin bildirib: “Eyni zamanda, sözləri əməllərlə müqayisə etdikdə belə nəticəyə gəlmək olar ki, tərəfdaşlarımız elə bir həddə çox yaxındır ki, biz həmin ölkə ilə iqtisadi münasibətlərimizi yenidən qurmağa məcbur olacağıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin