Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk Birinci kanalın efirində bildirib.
“Mən dəfələrlə erməni tərəfdaşlarımıza demişəm ki, bizim biznes qurumları Avropa İttifaqına üzvlüklə bağlı bu müzakirələr səbəbindən Ermənistanla biznes aparmaqda çox ehtiyatlıdırlar. Doğrudan da, biz 2025-ci ilin nəticələrini yekunlaşdırdıq və gəlirlərimiz 12 milyard dollardan 6,4 milyard dollara düşüb. Beləliklə, yalnız Ermənistanda Avropa İttifaqı haqqında danışanların bu bəyanatları nəticəsində Ermənistan və Rusiya birlikdə 5 milyard dollardan çox vəsait itirib”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az