Erməni ekspert: “Ermənistan İran-ABŞ müharibəsi məsələsində aktivlik göstərməməlidir”

2026/04/1775107499.jpg
Oxunub: 400     09:19     02 Aprel 2026    
“Mən hesab etmirəm ki, Ermənistan ABŞ-İran müharibəsi məsələsində aktiv olmalıdır”.

Ordu.az xəbər verir ki, bu barədə İrəvanda jurnalistlərlə görüş zamanı “APRI Armenia” analitik mərkəzinin eksperti Beniamin Poğosyan bildirib.

Erməni ekspertin sözlərinə görə, İranda baş verən müharibə daha böyük dövlətlərin və təsirli qüvvələrin iştirak etdiyi prosesdir və Ermənistanın bu prosesə heç bir təsiri yoxdur. “Bu kontekstdə Ermənistanın aktiv mövqe sərgiləməli olduğunu və müxtəlif baxışlarla çıxış etməli olduğunu gözləmək ciddi deyil”, - deyə Poğosyan qeyd edib.

Onun sözlərinə görə, rəsmi İrəvanın mövqeyi kifayət qədər ehtiyatlıdır və bu, başa düşüləndir. “Bir il iki ay əvvəl Ermənistan ilə ABŞ arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanıb və Vaşinqton bəyannaməsindən sonra Ermənistan-ABŞ münasibətlərinin inkişaf etdiyini görürük. Görünür, Ermənistan-ABŞ strateji münasibətlərinin dərinləşməsi istiqamətində meyl var. Digər tərəfdən isə hamı anlayır ki, İran Ermənistan üçün nə qədər vacib dövlətdir. Fakt odur ki, ən azı 2021-2024-cü illərdə İran Zəngəzur dəhlizinin açılmasına yönəlmiş addımların əngəllənməsində mühüm rol oynayıb”, - deyə erməni politoloq qeyd edib.

Poğosyan hesab edir ki, Ermənistan bir tərəfdən İranla mehriban qonşuluq münasibətlərini qorumağa çalışmalı, digər tərəfdən isə ABŞ ilə münasibətlərdə mövcud dinamikanı saxlamağa çalışmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poğosyan   Ermənistan  


Bizi "telegram"da izləyin