Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev Ermənistanın KTMT-də iştirakını dondurmasını şərh edərkən bildirib.
“Düşünürəm ki, ölkələr tərəfdaşlarını seçməkdə azaddırlar, lakin KTMT-yə üzvlük bir çox üstünlüklər təqdim edir. Hesab edirəm ki, bu məsələlərdə müəyyən suverenlikdən danışmaq daha düzgündür. Və əlbəttə ki, biz tərəfdaşlarımızın seçiminə hörmət edirik. Digər tərəfdən, təşkilatımıza üzvlük, şübhəsiz ki, başqa ölkələrin, yəqin ki, təmin etmədiyi çoxsaylı üstünlüklər təqdim edir”, - deyə Şuqayev “Vesti”yə müsahibəsində bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvan KTMT-də iştirakını dondurub. Paşinyan təşkilatın ölkənin suverenliyi üçün təhdid yaratdığını iddia etmişdi.
Alpər Mövludoğlu
Ordu.az