Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk TASS agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, bu ssenarinin həyata keçirilməsi ciddi nəticələrə gətirib çıxaracaq.
“Rusiya ilə dəmir yolu konsessiyası ətrafında baş verən qəfil dəyişikliklər nümunəsində gördüklərimiz Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma siyasətinin məntiqinə uyğun gəlir. Bu ittifaq iqtisadi tənəzzül yaşayır və Rusiyaya qarşı düşmən hərbi-siyasi ittifaqa çevrilir. Ermənilər Rusiyaya qarşı düşmən olan belə bir ittifaqın bir hissəsi olmaq istəyirlərmi? Bu, yalnız onların öz seçimidir.
Bizim üçün aydındır ki, onları belə bir addıma hazırlayırlar və belə inkişafın uzunmüddətli, ağır nəticələri də açıq şəkildə görünür”, - deyə Rusiyanın baş nazir müavini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az