“Ermənistan Moskva ilə Rusiya dəmir yolu konsessiyasının satışı barədə danışıqlar aparmayıb” - Overçuk

2025/06/1751136534.jpg
Oxunub: 524     00:08     02 Aprel 2026    
Rusiya tərəfi Rusiya dəmir yolu konsessiyasının Ermənistana mümkün verilməsi barədə məlumatı digər ölkələrdən olan tərəfdaşlardan öyrənib. Moskva ilə bu məsələni heç kim müzakirə etməyib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk “Vesti”yə bildirib.

O deyib ki, bu, çox maraqlı vəziyyətdir, çünki heç kim Rusiya Federasiyası ilə konsessiyanın verilməsi məsələsini müzakirə etmir.

“Ən azı bu günə qədər heç kim müzakirə etməyib. Biz bu barədə yalnız digər ölkələrdən olan tərəfdaşlarımızdan xəbər tuturuq. BƏƏ-dən olan şəxslər bizimlə əlaqə saxlayır, Qazaxıstandan olanlar bu barədə danışır, amma heç kim bizim konsessiyamız barədə bizimlə danışmır. Bu, çox maraqlıdır”, - deyə Overçuk qeyd edib.

Fevralın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib ki, İrəvan respublikanın dəmir yolu konsessiyasını həm Moskvaya, həm də İrəvana dost münasibət bəsləyən bir dövlətə satmağı təklif edib. Alternativlər arasında Qazaxıstan, BƏƏ və Qətərin adı çəkilib. Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın Rusiyaya qarşı heç bir iradı yoxdur, lakin rus konsessiyası ölkə üçün “müəyyən rəqabət itkiləri yaradır”.

2008-ci il fevralın 13-də İrəvanda “Rusiya Dəmir Yolları” ilə Ermənistan arasında konsessiya müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən, ölkənin dəmir yolu sistemi “Cənubi Qafqaz Dəmir Yolları”nın idarəçiliyinə verilib. Müqaviləyə görə, konsessiyanın müddəti 30 ildir və ilk 20 ildən sonra tərəflərin qarşılıqlı razılığı ilə daha 10 il uzadıla bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin