KTMT məsuliyyət zonasında hərbi-siyasi vəziyyət müzakirə olunub

2026/04/1775059307.jpg
Oxunub: 416     20:00     01 Aprel 2026    
KTMT Katibliyində təşkilatın baş katibi Taalatbek Masadikov ilə “Milli Müdafiə” jurnalının baş redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko arasında işçi görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Görüş zamanı KTMT məsuliyyət zonasında mövcud hərbi-siyasi vəziyyətin əsas məsələləri müzakirə olunub.

Bununla yanaşı, 2026-cı il aprelin 27-də Rusiya Xarici İşlər Nazirliyində keçiriləcək “Kollektiv təhlükəsizliyin yeni arxitekturasının konturları: KTMT informasiya-analitik tərəfdaşlığının aktual məsələləri” adlı beynəlxalq elmi-praktik konfransın hazırlıq məsələləri də nəzərdən keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Korotçenko   Masadikov  


Bizi "telegram"da izləyin