İrlandiya Ukraynaya humanitar yardım üçün daha 40 milyon avro ayırıb

2025/09/1758107805.jpg
Oxunub: 370     15:14     01 Aprel 2026    
İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Helen Makenni Kiyevə ilk səfəri zamanı Ukraynaya humanitar yardım üçün əlavə 40 milyon avro ayrıldığını elan edib.

Ordu.az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə ukraynalı həmkarı Andrey Sibiqa ilə mətbuat konfransında bildirib.

"Ukraynada humanitar yardım və sabitləşmənin dəstəklənməsi üçün əlavə 40 milyon avro ayrıldığını bildirməkdən məmnunam", – A.Sibiqa qeyd edib.

Beləliklə, bu il İrlandiyanın humanitar yardım və dəstəyinin ümumi həcmi 65 milyon avro təşkil edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin