“Tera Holding” Finlandiyada müdafiə sənayesi sahəsində mühüm görüş keçirib

2026/04/tera--1775040493.jpg
Oxunub: 432     14:45     01 Aprel 2026    
“Tera Holding”in İdarə Heyətinin sədri Emre Tezmen Finlandiyanın paytaxtı Helsinkidə baş nazir Petteri Orpo ilə görüşüb.

Ordu.az xəbər verir ki, Finlandiya Baş nazirlik binasında keçirilən görüşdə əsasən müdafiə sənayesi sahəsində planlaşdırılan investisiyalar və ticarət əlaqələrinin inkişafı müzakirə olunub.

Görüş zamanı holdinqin 2026-cı il böyümə strategiyası çərçivəsində Avropa bazarında mövqeyini gücləndirmək məqsədilə yüksək texnologiya və müdafiə sənayesi sahələrində uzunmüddətli tərəfdaşlıqların qurulması məsələsi gündəmə gəlib.

Görüşdə qeyd olunub ki, “Tera Holding” yaxın zamanda Finlandiyada yerləşən “Sampo Group” şirkətini öz tərkibinə qataraq regionda mühüm investisiya həyata keçirib. Bu addımın şirkətin Şimali Avropadakı genişlənmə planlarının konkret göstəricisi olduğu vurğulanıb.

Eyni zamanda, Xarici İqtisadi Əlaqələr Şurasının Türkiyə-Finlandiya İş Şurasının sədri olan Emre Tezmen Helsinkidə Finlandiyanın iqtisadiyyat naziri Ville Rydman ilə də görüş keçirib. Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və yeni əməkdaşlıq sahələrinin inkişafı müzakirə edilib.

“Tera Holding” son addımları ilə Türkiyə və Finlandiya arasında müdafiə, maliyyə və texnologiya sahələrində yeni əməkdaşlıq mərhələsinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tera-Holding   Finlandiya  


Bizi "telegram"da izləyin