Ordu.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Starmer deyib: “NATO dünyanın indiyədək gördüyü ən effektiv hərbi alyansdır. O, onilliklər ərzində təhlükəsizliyimizi təmin edib və biz NATO-ya tam sadiqik”.
O əlavə edib ki, özünə və digər milli liderlərə yönələn təzyiqlərdən asılı olmayaraq, hər zaman “milli maraqları” birinci yerə qoyacaq və Böyük Britaniyanı müharibədən uzaq saxlamağa çalışacaq.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp “The Telegraph” nəşrinə verdiyi müsahibədə NATO-dan çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. Bu açıqlama müttəfiqlərin İrana qarşı hərbi əməliyyatlarda ABŞ-ni dəstəkləməməsindən sonra səsləndirilib.
Tramp Şimali Atlantika Alyansını “kağız pələng” adlandıraraq, ABŞ-nin müdafiə ittifaqından çıxmasının hazırda “yenidən nəzərdən keçirilmədiyini” bildirib.
Sevinc Əliyeva
Ordu.az