“The Telegraph”: Tramp ABŞ-nin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirir

2026/03/1774934965.jpg
Oxunub: 815     13:14     01 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp Britaniyanın “The Telegraph” nəşrinə verdiyi müsahibədə bildirib ki, müttəfiqlərin İrana qarşı hərbi əməliyyatlarda ABŞ-ni dəstəkləməməsi səbəbindən NATO-dan çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, Tramp Şimali Atlantika Alyansını “kağız pələng” adlandırıb və ABŞ-nin bu müdafiə ittifaqından çıxmasının hazırda “yenidən nəzərdən keçirilmədiyini” bildirib.

O qeyd edib ki, uzun müddətdir NATO-nun nüfuzuna şübhə ilə yanaşır.

“Bəli, deyərdim ki, bu, yenidən nəzərdən keçirilmir”, - deyə Tramp ona münaqişədən sonra ABŞ-nin NATO-dakı üzvlüyünü yenidən qiymətləndirib-qiymətləndirməyəcəyi ilə bağlı verilən suala cavab olaraq bildirib.

O əlavə edib: “NATO heç vaxt mənə təsir etməyib. Mən həmişə bilirdim ki, onlar “kağız pələng”dir və Putin də, yeri gəlmişkən, bunu bilir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO  


Bizi "telegram"da izləyin