“Avropa sizi xəbərdar etmədən belə zərər verə biləcək ölkələrdən fərqli olaraq proqnozlaşdırılandır” - Makron

2026/04/1775035022.jpg
Oxunub: 410     13:16     01 Aprel 2026    
Fransa Prezidenti Emmanuel Makron çərşənbə günü Yaponiyaya səfəri zamanı Avropanın “proqnozlaşdırıla bilmə” xüsusiyyətini yüksək qiymətləndirərək, bunu “sizi xəbərdar etmədən belə zərər verə biləcək” ölkələrlə müqayisə edib.

Ordu.az AFP agentliyinə istinadən xəbər verir ki, o, bu fikirlərlə açıq şəkildə Donald Trampa eyham vurub.

Makron Tokioda yapon iş adamları və investorlar qarşısında çıxışı zamanı bildirib: “Mən yaxşı anlayıram ki, bəzən Avropa digər regionlarla müqayisədə daha yavaş inkişaf edən qitə kimi qəbul oluna bilər. Lakin proqnozlaşdırıla bilmə böyük dəyərdir və biz bunu son illərdə, hətta deməyə cəsarət edirəm ki, son həftələrdə də sübut etmişik. Biz olmalı olduğumuz yerdəyik”.

Makron onun sözlərinə görə “müttəfiqlərindən daha sürətli hərəkət edən”, lakin “sabah və ya birigün eyni mövqedə olub-olmayacağı bilinməyən və sizi xəbərdar etmədən zərər verə biləcək qərarlar qəbul edən” ölkələri tənqid edib.

Məlumatda qeyd olunur ki, bu fikirlər ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə və Hörmüz boğazının faktiki bağlanmasına açıq eyhamdır. Enerji daşıyıcılarının idxalı baxımından Yaponiya Hörmüz boğazından asılıdır.

Çərşənbə axşamı ABŞ Prezidenti Fransanı tənqid edərək sosial şəbəkələrdə yazıb ki, Paris İranla müharibə zamanı “çox faydasız” olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin