Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“Bazar günü başa çatan bir sıra zərbələr çərçivəsində İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında İranın şimalında, Xəzər dənizi yaxınlığında hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqelərə zərbə endirib.
Zərər görən hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri üçün təhlükə yaradırdı”, - deyə məlumatda qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az