Starmer: “Qoşunlarımız İrana qarşı quru əməliyyatında iştirak etməyəcək”

2024/12/1734152141.jpg
Oxunub: 348     19:33     30 Mart 2026    
Böyük Britaniyanın baş naziri Kir Starmer Britaniya qoşunlarının İrana göndərilməsi ehtimalını istisna edib və ölkəsinin Donald Trampın təşəbbüsü ilə regionda dərinləşən müharibəyə “cəlb olunmayacağını” bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.

“Bu, bizim müharibəmiz deyil və bizim bu müharibəyə qoşulmaq niyyətimiz yoxdur”, - deyə Starmer vurğulayıb.

O əlavə edib ki, Böyük Britaniya müdafiə xarakterli tədbirlər görməyə və Hörmüz boğazının yenidən açılması istiqamətində işləməyə davam edəcək.

“Biz müdafiə tədbirləri görmüşük. Pilotlarımız havadadır, britaniyalıların həyatını, Britaniyanın maraqlarını və əlbəttə ki, regiondakı müttəfiqlərimizi qoruyur. Lakin bizim bu müharibəyə cəlb olunmaq niyyətimiz yoxdur”, - deyə baş nazir bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   İran  


Bizi "telegram"da izləyin