Çin Kubaya dəstəyini ifadə edib

2025/08/1756443282.jpg
Oxunub: 424     19:26     30 Mart 2026    
Çin Kubanın milli suverenliyini və təhlükəsizliyini qorumaq məsələsində onu qətiyyətlə dəstəkləyir və xarici müdaxiləyə qarşı çıxır.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq mətbuat konfransında bildirib.

Diplomat bu bəyanatı, ABŞ-nin Kubaya yönəlmiş təhdidini şərh edərkən səsləndirib. Amerika tərəfi bildirmişdi ki, Kuba ilə bağlı məsələyə İran əleyhinə ABŞ hərbi əməliyyatından qısa müddət sonra baxılacaq.

Mao Ninq vurğulayıb ki, Çin ardıcıl şəkildə bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini müdafiə edir, digər dövlətlərin suverenliyinin pozulmasına və onların daxili işlərinə istənilən bəhanə ilə müdaxilə olunmasına qarşıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kuba  


Bizi "telegram"da izləyin