Rubio: “İranda məqsədlərimizə bir neçə həftə ərzində çatacağıq”

2026/03/1773077969.jpg
Oxunub: 419     19:26     30 Mart 2026    
“İran müharibə başa çatdıqdan sonra Hörmüz boğazını bağlayarsa, “ciddi nəticələrlə üzləşəcək”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Al Jazeera”ya bildirib.

“Hörmüz boğazı bu və ya digər şəkildə İranda hərbi əməliyyatımız başa çatdıqdan sonra açılacaq. Boğaz ya İranın razılığı ilə, ya da ABŞ-nin də daxil olduğu beynəlxalq hərbi koalisiya vasitəsilə yenidən açılacaq”, - deyə Rubio bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   İran  


Bizi "telegram"da izləyin