ABŞ bəyan edib ki, İran PUA və raket istehsalını dayandırmalıdır

2026/03/1774884059.jpg
Oxunub: 427     19:20     30 Mart 2026    
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, İran heç vaxt nüvə silahına malik olmayacaq və Pilotsuz Uçuş Aparatları ilə raket istehsalını dayandırmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə o, “Al Jazeera”ya müsahibəsində bildirib.

Rubionun sözlərinə görə, iranlıların buraxdığı qısa mənzilli raketlərin yalnız bir məqsədi var: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreynə hücum etmək.

“İran nüvə silahına sahib olmaqla dünyanı təhdid etmək və şantaj etmək istəyir, lakin biz buna heç vaxt imkan verməyəcəyik. Bundan doğan təhlükə həddindən artıq böyükdür”, - deyə o vurğulayıb.

ABŞ dövlət katibi əlavə edib ki, Tehran nüvə proqramından və nüvə silahına sahib olmaq niyyətindən imtina etmək üçün konkret addımlar atmalıdır.

“İran pilotsuz uçuş aparatları və raket istehsalını dayandırmalıdır”, - deyə Rubio bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   PUA  


Bizi "telegram"da izləyin