Nigeriyada silahlı qruplaşmalar azı 30 nəfəri öldürüb

2026/01/1769162362.jpg
Oxunub: 357     19:17     30 Mart 2026    
Bazar günü axşam silahlı qruplaşmalar Nigeriyanın mərkəzində yerləşən Plato ştatında universitet kompleksinə hücum edərək azı 30 nəfəri öldürüblər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters”ə yerli sakinlər və rəsmi şəxslər məlumat veriblər.

Yaralılar xəstəxanaya çatdırılıb, lakin onların dəqiq sayı hələ açıqlanmayıb.

Yerli sakinlərin sözlərinə görə, silahlı şəxslər Qari Ya Uaye kəndinə gələrək ətrafa nizamsız atəş açıblar.

Plato ştatının hökuməti hücum edən silahlıların kimliyinin məlum olmadığını bildirib və bölgədə 48 saatlıq komendant saatı elan edib.

Qeyd edək ki, ötən ilin noyabrında ABŞ Prezidenti Donald Tramp yenidən Nigeriyanı “xüsusi narahatlıq doğuran ölkə” adlandırmış, xristianların təqib edildiyini və hökumətin onları qoruya bilmədiyini bəyan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Silahlı-qruplaşma  


Bizi "telegram"da izləyin