Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin məlumatına görə, İranla əlaqəli kiberqruplaşmalar müharibənin əvvəlindən İsraildə azı 50 kameraya uğurla müdaxilə edə biliblər. Qurum qeyd edib ki, problemin aşkarlanmasına qədər hakerlərin sistemdə nə qədər müddət qaldığı bəlli deyil.
Kibertəhlükəsizlik İdarəsinin nümayəndəsi bildirib ki, hücumun məqsədi böyük ehtimalla İranın raket zərbələrinin vurduğu ziyanın qiymətləndirilməsi və İsrail qoşunlarının hərəkətinin izlənilməsi olub.
Kibertəhlükəsizlik şirkətlərinin məlumatına əsasən, son həftələrdə İranla əlaqəli qruplar Fars körfəzinin bir sıra ölkələrində, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə quraşdırılmış kameraları da “sındırmağa” cəhd ediblər.
Sevinc Əliyeva
Ordu.az