Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
O bildirib ki, bu halda husilər öz “kozır kartları”ndan istifadə edərək Bab əl-Məndəb boğazını ABŞ və İsrail gəmiləri üçün bağlayacaqlar.
“Yəmən Silahlı Qüvvələri Qırmızı dənizin İran və “Hizbullah”a qarşı hərbi əməliyyatlar üçün dayaq nöqtəsinə çevrilməsinə imkan verməyəcək. Yəmən bu müharibə mərhələsində yeni silah tətbiq edəcək”, - deyə o qeyd edib.
Abed əl-Tavr vurğulayıb ki, Qırmızı dəniz sahilində yerləşən ölkələrə rabitə kanalları vasitəsilə xəbərdarlıq olunub ki, bu müharibə zamanı ABŞ və ya İsrail gəmilərinə obyekt təqdim edən istənilən dövlət hədəfə çevriləcək.
“Yaxın saatlar böyük sürprizlərlə dolu olacaq. Yəmən Silahlı Qüvvələri İsrailin gözləmədiyi xüsusi hərbi əməliyyatlar həyata keçirməyə qadirdir”, - o deyə bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı istənilən quru hərbi əməliyyatı çox baha başa gələcək.
“Biz İranı tək qoymayacağıq, ona dəstəyimizi gücləndirəcəyik və tərəddüd etmədən Amerikanın maraqlarına zərbələr endirəcəyik. Sahil ölkələrimizdə yerləşən ABŞ bazalarının İrana qarşı istifadə edilməsinə imkan verməyəcəyik. Buna görə də İrana dəstək vermək və düşməni neytrallaşdırmaq üçün istənilən hərbi addımı atacağıq”, - deyə husi komandiri vurğulayıb.
Xatırladaq ki, Bab əl-Məndəb boğazından dünya üzrə neft və neft məhsulları tədarükünün təxminən 12 faizi, eləcə də qlobal ticarətin 15 faizədək hissəsi keçir.
Sevinc Əliyeva
Ordu.az