Avropa İttifaqı İrana qarşı sanksiyaları uzadıb

2025/10/1761647639.jpg
Oxunub: 363     19:13     30 Mart 2026    
“İranda baş verən ciddi insan hüquqları pozuntuları” səbəbilə Avropa İttifaqı Şurası İrana qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 2027-ci il aprelin 13-dək uzatmaq barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.

Bu tədbirlərə səyahət qadağası və aktivlərin dondurulması, eləcə də “daxili repressiyalar üçün” istifadə oluna biləcək avadanlıqların İrana ixracına qadağa daxildir. Bundan başqa, Aİ vətəndaşlarına və şirkətlərinə siyahıya salınmış fiziki və hüquqi şəxslərə vəsait ayırmaq qadağan olunur.

Hazırda sanksiya siyahısına ümumilikdə 262 fiziki şəxs və 53 təşkilat daxildir.

Qeyd edək ki, Avropa İttifaqı bu sanksiyaları ilk dəfə 2011-ci ildə tətbiq edib və həmin vaxtdan etibarən hər il uzadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İran  


Bizi "telegram"da izləyin