Parisdə "Bank of America"nın ofisi yaxınlığında partlayış cəhdi ilə bağlı beş nəfər saxlanılıb

2026/03/1774714357.jpg
Oxunub: 418     17:45     30 Mart 2026    
Parisdə "Bank of America"nın ofisinin yerləşdiyi binanın yaxınlığında əldəqayırma qurğunun partladılması cəhdi ilə bağlı istintaq çərçivəsində beş nəfər həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilir ki, bu gün cinayət işi ilə bağlı iki şübhəli şəxs saxlanılıb.

Hadisə şənbə günü saat 3:30 radələrində La Boeti küçəsində, "Bank of America"nın binası qarşısında baş verib. Polislər əldəqayırma partlayıcı qurğu yerləşdirən şəxsi həbs ediblər. Onu müşayiət edən digər şəxs isə hadisə yerindən qaçmağa müvəffəq olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bank-of-America   Paris  


Bizi "telegram"da izləyin