İsraildə İran agenti aşkar edilib

2026/03/1774878829.jpg
Oxunub: 471     17:58     30 Mart 2026    
İsrail prokurorluğu 23 yaşlı Əli Caberə qarşı ittiham aktı irəli sürüb. O, İran kəşfiyyatı adından fəaliyyət göstərən xarici agentlə əlaqə saxlamaqda və İrana faydalı ola biləcək məlumatları ötürməkdə ittiham olunur.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

İttiham tərəfi Caberin təqsirli bilinəcəyi təqdirdə onun üçün həbs cəzası tələb edəcəyini açıqlayıb. İttiham aktına əsasən, Caber yanvar ayında “Telegram” vasitəsilə ona 80 dollar müqabilində tapşırıq təklif edən şəxslə əlaqə yaradıb.

Onun ilk tapşırığı Eylat mərkəzi avtovağzalının yaxınlığındakı dairəvi qovşağın fotoşəklini çəkmək olub. Ondan həmçinin İsrailin cənubundakı “Ovda” aviabazasının, “Dəmir Günbəz” sisteminin yerləşdiyi ərazinin və hərbi kazarmaların şəkillərini çəkmək xahiş edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin