İtaliyanın müdafiə naziri: “İranla müharibəni dəstəkləmirik”

2025/11/1763572501.jpg
Oxunub: 423     17:55     30 Mart 2026    
“Biz İrana qarşı müharibəni dəstəkləmirik və heç kim bizim fikrimizi soruşmayıb”.

Ordu.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto bəyan edib.

O qeyd edib: “Müharibələrin müddəti güclünün qüdrətindən deyil, zəifin müqavimətindən asılıdır. İran Ukraynadan daha böyükdür, orada əhali daha çoxdur və onun minillik tarixi var”.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr dağıntılara və insan tələfatına səbəb olub. Cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. İsrail və ABŞ-nin hücumu zamanı İranın ali lideri ayətullah Əli Seyid Xameneyinin və ölkənin digər yüksək rütbəli rəsmilərinin öldürüldüyü bildirilir.

Martın 2-dən etibarən “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücum əməliyyatına başladığını elan edərək Cənubi Livana daxil olub. Martın 23-də ABŞ Prezidenti Donald Tramp həftə ərzində İranla danışıqların aparılacağını və hərbi zərbələrin 5 gün müddətinə təxirə salındığını desə də, İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   İran  


Bizi "telegram"da izləyin